“Bu müharibədə başlıca psixoloji faktor bizim haqlı və ədalətli olmağımız idi...”
“Həm döyüş meydanında, həm də diplomatik müstəvidə bizim uğurlu olmağımızın ən başlıca səbəblərindən biri haqlı olmağımız idi, yəni biz haqq savaşı aparırdıq. Ona görə də özgüvənimiz də yerində idi, daha inamlı idik”
Bunu Moderator.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Psixoloq xalqımızın haqlı olduğu üçün özünə güvəndiyini bildirib:
“Müharibədə ən vacib amil insan faktorudur. Həm döyüş meydanında, həm də diplomatik müstəvidə bizim uğurlu olmağımızın ən başlıca səbəblərindən biri haqlı olmağımız idi, yəni biz haqq savaşı aparırdıq. Ona görə də özgüvənimiz də yerində idi, daha inamlı idik. Bu prosesdə bir xalq olaraq, millət olaraq həmrəylik göstərdik. Bu prosesdə aparıcı məqam bizim haqlı və ədalətli olmağımız idi. İnsanlardakı o vətənpərvərlik, 44 gün ərzində hamımın həmrəy olması, şəhidlərin, yaralıların yaxınlarının münasibətinə baxsaq görərik ki, biz haqlı olduğumuza görə bu mövqeni sərgiləyirdik. Müharibədə ən başlıca amil budur. İyirminci əsrdə böyük Vyetnam müharibəsi oldu və Amerika biabırçı şəkildə məğlubiyyəyə uğradı. Çünki vyetnamlar öz torpaqlarını qoruyurdular. Düzdü, hardasa müqayisə qüsurlu ola bilər, amma bir şey də var ki, insan haqq savaşı aparanda daha güvənli və inamlı olur. İnsan haqsız olanda psixoloji olaraq da zəif olur. Bir müddət mübarizə apara bilərsən, amma insanın vicdanı da var axı. Düzdü, bu, ermənilərdə yoxdur. Vətən müharibəsində ən başlıca amil bizim haqlı və ədalətli olmağımız idi. Bizim əsgərlər mahnı oxuya-oxuya döyüşə gedirdilər, çünki onlar bilirdilər ki, öz torpaqların qoruyurlar. Şuşa təpədən-dırnağa bizim olmasaydı, heç vaxt Azərbaycan əsgəri yalın əllə ora qalxıb torpağını azad etməzdi, o, bilirdi ki, onun torpağıdır. Erməni isə bilirdi ki, Qarabağ onun deyil və ona görə də torpaqlardan çıxmaq məcburiyyətində qaldı. Bu müharibədə başlıca psixoloji faktor bizim haqlı və ədalətli olmağımız idi. Bundan sonrakı mərhələdə bu milli birliyi qoruyub saxlamaq istiqamətində inanıram ki, işlər həyata keçiriləcək”.