
RegionTV.info xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparıb.
Çempionatın sonuncu günündə idmançılar strikt karl və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda güclərini sınayıblar.
Yarışda Azərbaycanı 100-dək idmançı təmsil edib.
