Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
RegionTV.info xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.
Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.
Xəbəri paylaş