
RegionTV.info xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, yürüşdə 100-dək idmançı və həvəskar velosipedçilər iştirak ediblər. İştirakçılar Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər.
Peşəkar velosipedçilər isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.






