
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Dieqo Molano bildirib.
“Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Çoko və Val-del-Kauka departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq”, - o, bildirib
Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.