Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb Tarix: 26-06-2022, 11:58 Xəbərə baxış: 4102 “Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb”.RegionTV.info-nun məlumatına görə, bunu “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir.