
RegionTV.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviter hesabında yazıb.
“Təyyarəmiz Almaniyaya enib, G7-ni gözləyirik. Mən ölkələrimizin ümumi dəyərləri və prioritetləri: iqlim, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi, gələcək onilliklər üçün iqtisadiyyat və texnologiya qaydalarının formalaşdırılması haqqında danışmağı səbirsizliklə gözləyirəm”, - Bayden qeyd edib.
Ağ Ev rəhbərinin səfəri üç gün davam edəcək. ABŞ lideri Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Bayden habelə ayrı-ayrı liderlərlə qlobal problemləri müzakirə edəcək.