Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

Salyan rayonunda azyaşlı uşağı ilan sancıb.

RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü Səlimzadə Dəniz Əlövsət qızı həyətdə oynayarkən onun topuğundan ilan sancıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Lakin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də