
RegionTV.info-nun verdiyi xəbərə görə, hadisə Tikabənd kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Qasımov Tehran Sehran oğlunun idarə etdiyi “Ural-4320” markalı avtomobil aşıb. Nəticədə sürücü, habelə daha iki nəfər - 1994-cü il təvəllüdlü Ağayev Sərxan Adıgözəl oğlu, Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Miriyev Mirbəşir Mirələm oğlu xəsarət alıb.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.