
RegionTV.info xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.
Yunanıstan vətəndaşı Mohammed Amar Amparanın sahibkarlıq adı altında Türkiyəyə səfərlər etdiyi, casusluq fəaliyyətini ticarətlə ört-basdır etdiyi vurğulanır. Amparanın məqsədi sərhəddə Yunanıstan kəşfiyyatına Türkiyə Silahlı Qüvvələrinin bölmələri haqqında məlumat ötürmək olub.
Bundan əlavə, o, Türkiyədəki suriyalılar və ölkədə qadağan olunmuş FETÖ-nün tərəfdarları haqqında məlumatlar toplayıb.