
RegionTV.info-nun məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 2003-cü il təvəllüdlü Hüseynzadə Məhəmməd Fəqan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.