
RegionTV.info-nun məlumatına görə, rəqib Rumıniya "Botoşani"si olub. Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində qolları 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.
Yoxlama oyunu
25 iyun
19:00. "Qarabağ" - "Botoşani" (Rumıniya) - 4:0
Qollar: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40; 58
Kössen stadionu
Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.
"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.