Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

KTMT-nin sammitində Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - VİDEO






Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın “erməni xalqına qarşı müharibə aparmaqda” ittiham etmək istəyərkən mikrofonu sönüb.

Bu barədə “Rossiya 24” telekanalı görüntülər yayıb. 

Kadrlarda görünür ki, Paşinyan Azərbaycanın adını çəkərkən səs itir və o, özünü itirmiş halda qurdalanmağa başlayır.

Ümumiyyətlə, Paşinyan deyəsən tarixdə Azərbaycanın adını çəkərkən iflas halları ilə yadda qalacaq. Xatırladaq ki, cari ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı çıxışında da o, “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” demişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də