"Şəmkir Səbət Ticarət Mərkəzi" MMC "Azəriqaz" İstehsalat Birliyi ilə bağlı məhkəməyə müraciət edib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, ticarət mərkəzi qaz təchizatı ilə bağlı barədə tələb irəli sürüb.
İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsusdur.
Rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək "Çinarlı Qəsəbə"nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satıb. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən "Şəmkir Səbəti" də "Çinarlı qəsəbə" MMC-nin nəzdində təsis edilib.
2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində A.Məmmədov da iştirak edib.
Xəbəri paylaş