Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Kreml və rəsmi Bakı ANLAŞDI – Ermənistanın səyləri NƏTİCƏSİZ QALDI

RegionTV.info
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı açıqlamaları, eləcə də, Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı fakt qarşısında qoyur… Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan üçün həm Brüsselin, həm də Kremlin vasitəçilik missiyası qətiyyən problem yaratmır…

Rusiya Cənubi Qafqaz siyasətinə müəyyən korrektələr etməyə başlayıb. Belə ki, Kremlin son vaxtlara qədər yürütdüyü regional siyasət Azərbaycanda kifayət qədər ciddi narazılıqlar yaradırdı. Hətta bu ayın əvvəllərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəzi açıqlamalar qəbuledilməz məzmun daşıyırdı.

Məsələ ondadır ki, Kreml rəsmisi Ermənistan paytaxtında Azərbaycana məxsus Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyətdən danışarkən, “delimitasiya skandalı”na yol vermişdi. Rəsmi Bakı bu siyasi-diplomatik skandala dərhal reaksiya verərək, delimitasiya prosesinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislikasiya olunduğu Xankəndi və ətraf bölgəyə heç bir aidiyyatının olmadığını sərt şəkildə xatırlatmışdı. Və Rusiya XİN də olduqca ciddi səhvə yol verildiyini anlayaraq, S.Lavrovun skandal xarakterli açıqlamasına düzəliş etmək məcburiyyətində qalmışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də