
RegionTV.info xəbər verir ki, onlar arasında "general-leytenant" hərbi rütbəsi alanlar da var.
Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.
Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. "Azərbaycan Bayrağı" ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.
Fotoda: Zakir Ağayev

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.
Fotoda: Azər Əliyev
