
RegionTV.info xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb.
"KamAz" və "Mercedes" markalı 2 hərbi maşın toqquşub.
Qəza nəticəsində bir hərbçi yerindəcə ölüb, dördü müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.