Türkiyənin cənub-şərqində xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri "Eren Abluka" əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt vilayətində PKK-nın iki terrorçusunu məhv edib.
Pervari bölgəsində zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş "Arın" kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb.
Əməliyyat jandarm qüvvələri tərəfindən aviasiya və PUA-ların dəstəyi ilə həyata keçirilib.
Xəbəri paylaş