Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qorxulu tendensiya peyda olub-Regional İdarə müdiri intiharla hədələnir-VİDEOFAKT

RegionTV.info
Bir neçə gün öncə Gəncədə məktəb direktoru intihara cəhd etmişdir.Bu hadisə ölkənin gündəmini nəinki silkələdi, bundan daha bir neçə gün sonraya bu gündəmi zəbt edə bildi.

Müxtəlif başlıqlarda saytlarda hadisə haqda belə yazılırdı:

“İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbləri içib və bununla da özünü zəhərləyərək intihara cəhd edib. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil”.

Sonrada məlum oldu ki, sən demə, Anar Qədimalıyevin gizli göstərişilə məktəbin direktorunun adından guya “işdən öz ərizəsilə azad olunması” istəyinə dair ərizə hazırlanaraq, RTİ-nin kadrlar şöbəsinə – baxılıb icra edilməsi üçün İqbal Kərimova “dərkənar” edilib. Məlumata görə, ərizə direktordan xəbərsiz olaraq iyunun 14-də məktəbin xadiməçisi olan D.Hacıyevaya yazdırılıb və saxta ərizənin imza yerində Mətanət Qarayeva yazılsa da kənar şəxs imza atıb.

Məhz bu hadisənin qanı qurumumamış Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova öz yaxınlarına guya intihar edəcəyini deyib.

Yenədə bəzi mətbu orqanlarda “Gəncə təhsil “şefi” Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir” başlıqlarda yazılar tirajlanmağa başladı.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) rəisini göstərişi ilə bir neçə gün öncə Dəliməmmədli şəhər tam orta məktəbində yoxlamalar aparılıb.

Məhz buna görə xanım direktor fəaliyyət dövüründə buraxmış olduğu nöqsanları bilə-bilə vəziyyətdən çıxış yolları aramağa başlayıb.

Son nəticədə qohumlarının adıyla mətbuata sızdırılıb ki, guya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) rəisi Anar Qədiməliyev xanım direktoru kollektivin gözü qarşısında ağır sözlərlə təhqir edib, üstünə şığıyaraq onu direktorluqdan qovacağını deyib. Məhz bundan sonra direktor ağır mənəvi sarsıntı keçirib və şikayət məqsədilə Bakıya gedib, indi də paytaxtdadır.

Bu gün demokratik-hüquqi dövlətdə yaşayırıqsa belə bir sual ortaya çıxır.Bu məktəb direktorluğu vəzifəsi bəyəm anadngəlmə onların adlarına kupçalaşdırılıb xəbərimiz yoxdur?

Əgər ölkə qanunlarla idarə olunursa belə çıxır ki, Regional Təhsil İdarəsinin (RTİ) rəisi xərçəng vəzi kimi 15-20 il təhsildə kök salmış bu taxt-tac həvəskarlarının fəaliyyətini təftiş etməməlidir? Yoxsa hər gün bir direktor intihara edəcəyi ilə dövlət qurumunu hədələyib şantaj edirsə deməli onda bu qurum fəaliyyətini dondurmalıdr?

Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova 7 illik direktorluğu dönəmində baş verən bir neçə nöqsanı ictimaiətin  diqqətinə çatdırmaq istəyirik ki, baş verənlərdən agah olsunlar.

Belə ki, şəhid qızı Elnarə Xəlilovadan xanım direktor 1300 manat rüşvət alıb ki, sizi sinif rəhbəri təyin edəcəm.Bu günə qədər şəhid qızı vermiş olduğu pulu ondan geri ala bilmir.

Şəhid qızının  videoşikayəti təqdim edirik:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də