Bu gün metronun “Gənclik” stansiyasında iki sərnişinin halı pisləşib.
RegionTV.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bir qadın və bir kişi sərnişinlərdə qıcolma əlamətləri müşahidə olunub. Təcili Tibbi Yardıma müraciət olunub və iki briqada göndərilib.
Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra sərnişinlər öz yollarına davam ediblər.
Xəbəri paylaş