Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibindən çıxarılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla, Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibinə daxili edilib.
Xəbəri paylaş