
RegionTV.info-nun məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 530 hərbçisi zərərsizləşdirilib.
Həmçinin, Rusiya tərəfinin 1 507 ədəd tankı, 3 637 ədəd zirehli döyüş maşını, 759 ədəd artilleriya sistemi, 241 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 183 ədəd helikopteri, 2 553 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 622 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.