
RegionTV.info xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin 2 tələbəsi - 17 yaşlı İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib.
İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərlənməsi üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.