Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə restoranda nöqsanlar aşkar edilib

RegionTV.info
Gəncədə növbəti ictimai iaşə obyektində qayda pozuntuları aşkarlanıb. Bu haqda məlumatı 23 iyun tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən veririk.

Daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Atatürk pr., ev 226 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Padişah” restoranında plandankənar yoxlama aparılıb. Araşdırma nəticəsində restorandan sifariş edilən şaurmanın ətinin çiy olması ilə bağlı müraciət öz təsdiqini tapıb. Eyni zamanda restoranda sanitariya norma və qaydalarına riayət olunmadığı, işçi heyətinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkar olunub.

Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də