Ukrayna Ədliyyə Nazirliyi hərbi əməliyyatla bağlı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı iddia qaldırıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.
“İddiada Ukrayna Rusiya hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir. Bu iddianın tərkib hissəsi kimi Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərərçəkmiş tərəflərə pul təzminatının verilməsini tələb edir”, - deyə, Malyuska əlavə edib.
Xəbəri paylaş