RegionTV.info
Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gəlinir. Xüsusilə, köhnə tikililərdə belə hallar daha çox müşahidə olunur. Xətai rayonu, Xudu Məmmədov 9 ünvanındakı doqquz mərtəbəli bina kimi. Ərazidə yaşayan sakinlər deyirlər ki, digər yerlərdə liftlər yenilənsə də, sözügedən binada hələ də dəyişdirilməyib.
Oxşar vəziyyətlə hətta yeni tikililərdə də qarşılaşmaq olar. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanındakı 16 mərtəbəli bu binada liftlər yeni olsa da, yararsız haldadılar.
Vüqar Oruc bildirir ki, problem əsasən, liflərin istismar müddətində yox, inşaat işləri zamanı yaranır. Belə ki, bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liflər almağa çalışırlar. Həmin qurğular da texniki cəhətdən zəif olduğundan istismar müddətləri daha az olur.
Ekspert deyir ki, liftlərə nəzarət mütəmadi həyata keçirilməli, dəyişdirilməsinə ehtiyacı olan qurğular barəsində isə vaxt itirmədən tədbirlər görülməlidir.
Lifttəmir İstehsalat Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum paytaxtdakı mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansındakı binalarda 5min 342 ədəd liftə müqavilə əsasında xidmət göstərir. Hər ay bu qurğulara növbəli şəkildə baxış keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin istismarına icazə verilir. Son illər ərzində isə Bakı şəhəri üzrə ümumilikdə 1206 lift yenisi ilə əvəzlənib. Həmçinin qeyd edildi ki, yeni tikili binaların liftlərinə nəzarət və təmir işləri həmin binaları tikən Mənzil-Tikinti Kooperativləri həyata keçirirlər.
Xəbəri paylaş