
RegionTV.info xəbər verir ki, bu barədə koordinator BMT Təhlükəsizlik Şurasında videokonfrans formatında çıxışı zamanı deyib.
BMT-nin azərbaycanlı rəsmisi əlavə edib ki, Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində mindən çox ölən və yaralanan var:
"Yaralılardan çoxunun vəziyyəti ağırdır. Minlərlə ev dağılıb və zədələnib. İtkilərin sayının daha da artacağı gözlənilirbölgədə axtarış-xilasetmə əməliyyatları davam edir".
Onun sözlərinə görə, zəlzələdən sonra BMT-nin bölgədəki humanitar missiyası əraziyə tibbi avadanlıq, dərmanlar, mobil sağlamlıq qrupları və çadırlar da daxil olmaqla təcili ləvazimatlar göndərib. Evlərini itirən sakinlər geyim və ərzaq yardımları ilə təmin edilib.