Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda gənc oğlan kirayə qaldığı evdə sevgilisini döydü - TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1986-cı il təvəllüdlü Faiq onunla birlikdə yaşadığı sevgilisi Fəridəni (adlar şərti verilib – red.) döyüb.

RegionTV.info xəbər verir ki, hadisə bu il fevralın 21-də baş verib.

Həmin gün saat 00.15-də Faiq Fəridə ilə mübahisə edib. Mübahisəyə səbəb Faiqin aldığı əməkhaqqının bir hissəsini birinci nikahından olan övladına verməsi olub.

Faiq Fəridəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Fəridə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müracəti əsasında araşdırma başlanıb və Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Akif Hüseynovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş barışıblar. Zərərçəkmiş məhkəməyə rəsmi qaydada təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını qeyd edib.

Bu səbəbdən hakim hökm çıxaran zaman onların barışmasını nəzərə alıb.

Cəfərin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də