Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı Rusiya MOİK-indən ayrılıb.
RegionTV.info xəbər verir ki, Moskva təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Fransa "Lill"i ilə razılığa gələ bilməyib.
Təcrübəli oyunçu Liqa 1 təmsilçisinə qayıdıb.
Qeyd edək ki, Yusuf Yazıcı bu ilin qışında icarə əsasında MOİK-ə keçmişdi.
Xəbəri paylaş