Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir.
RegionTV.info xəbər verir ki, Bankın 11 üzvündən biri - Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb.
Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda BSTDB-yə üzv dövlətlərin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.
BSTDB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Xəbəri paylaş