Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm" -FOTOLAR






“Azərbaycan haqlı olaraq öz əzəli torpaqlarından ermənilərin çıxmasını istədi və buna nail oldu. Çünki çox humanist bir ölkədir, sizin insanlarınız da həmçinin humanistdirlər. Sizlər 30 ilə yaxın səbr etdiniz. Amma ermənilər hər zaman sizə qarşı səbirsiz davranıblar, hətta 1992-cı illərdə silahsız xalqa divan tutduqları da yadımdadır”

Bu sözləri Moderator.Az-a açıqlamasında məşhur aktrisa, yeşilçam ulduzu Hülya Koçyiğit bildirib. Sənətkar daha sonra müharibəni yaxından izlədiyini bildirərək əlavə edib.

“Müharibənin gedişatını yaxından izlədim. İki ölkə arasında atəşkəs elan olunmasına rəğmən ermənilər yenə də atəşkəsi pozub, bu dəfə mülki insanları hədəf aldılar. Uşaqları, qadınları öldürdülər. Bu insanlar cəbhədə döyüşmürdülər, evlərində yatırdılar. Mən həlak olan şəxslərə rəhmət diləyirəm. Allah yaralı əsgərlərimizə şəfa versin, şəhidlərimizin ruhunu şad etsin. Mən “əsgərlərimiz”, “yaralılarımız” dedim, çünki özümü sizlərdən ayrı hesab etmirəm. Çox təəssüf ki, Azərbaycanda olmamışam, amma özümü sizlərdən biri bilirəm. İnşallah yaxın zamanlarda Azərbaycanda görüşmək ümidi ilə” deyə Hülya Koçyiğit bildirib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də