Bir müddətdir ki, mərhum meyxanaçı Bayram Kürdəxanılının səsinə oxşar səslə meyxana deyən şəxs sosial şəbəkələrdə maraqla qarşılanır. Onun səsinin Bayram Kürdəxanılının səsinə çox oxşaması səbəbindən videoda üzünü görməyəndə hətta onları qarışdıranlar da olur.
RegionTV.info xəbər verir ki, Bayram Kürdəxanılının səsi ilə deyən şəxs meyxanaçı Oruc Lənkəranlıdır. O, yutubda yayımlanan "MF TV”nin qonağı olarkən bu barədə danışıb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Oruc Lənkəranlı qeyd edib ki, onun səsinin mərhum meyxanaçanın səsinə bənzəməsi ilk dəfə 2018-ci ildə hiss edilib:
"2018-ci ildə Lənkəranda xırda bir məclis var idi. Məni də ora çağırmışdılar. Hələ məclis başlamamışdı, elə-belə özümüz üçün deyirik. Ustadım Elçin Ağa oturmuşdu qırağda, ürəyimdən keçdi ki, boğazımı oynadım. Bir də gördüm ki, millət durdu ayağa ki, bu, Bayramın səsi ilə deyir. Ağa mənə işarə etdi ki, yaxşıdır”.
O, Bayram Kürdəxanılının səsini yaşatmaqla qürur hissi keçirdiyini deyib:
"Evə gələndən sonra telefon əlaqəsi saxladı ki, sən bu səslə üzərində işlə, bacaracaqsan. Şükürlər olsun, Allaha, Allah ustadımız Bayram Kürdəxanılıya rəhmət etsin. Özünü yaşada bilməsək də, əsas odur ki, səsini yaşadırıq. Rəhmətliyin sənətinə balet edən olmuşam, orada da "Yeyib-içən oğlan yaman olmaz”ı dedim”.
Daha ətraflı videoda:
Xəbəri paylaş