
RegionTV.info xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında bildirib.
"Humanitar dəstəyə görə Avstriyaya təşəkkür etdim. Ölkəmizin bərpası və Luqanoda keçiriləcək Ukraynanın bərpası üzrə konfransla bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.
Qeyd edək ki, iyunun 23-24-də Brüsseldə Avropa Şurasının sammiti keçiriləcək. Sammitdə Ukraynaya Avropa İttifaqına namizəd dövlət statusunun verilməsi məsələsi müzakirə olunacaq.