Müdafiə Nazirliyinin gecə saatlarında yaydığı Laçın şəhərində Azərbaycan bayrağınının ucaldıldığını əks etdirən görüntülərdən əlavə, şəhərin başqa küçələrinə də üçrəngli bayrağımızın sancıldığı görünən fotolar da yayılıb.
Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan belə görüntülərdən biri düşmənlərimizi şoka salıb. Çünki bir qədər öncə erməni tərəfi informasiya yaymışdı ki, Rusiya hərbçiləri dünən – noyabrın 30-da Laçın şəhərində nə erməni, nə Azərbaycan bayraqlarının qaldırılacağını bəyan edərək separatçı-terrorçu rejimin buradakı əski parçasını endirib...
Qeyd edək ki, Azərbaycan bayrağının görüntüsünün yayıldığı ərazi Zabux kəndi istiqamətindən rayon mərkəzinə girişdir.