
RegionTV.info xəbər verir ki, bu barədə Fransanın koronavirusa qarşı peyvənd proqramının rəhbəri, epidemiologiya professoru Alen Fişer bildirib.
O, Fransada COVID-19 pandemiyasının yenidən yayıldığını deyib.
A.Fişer ictimai nəqliyyatda tibbi maskaların məcburi istifadə edilməsinin bərpasının tərəfdarı olduğunu söyləyib.
Qeyd edək ki, Fransada koronavirusa yeni yoluxma halları bir ayda üç dəfə artıb.