
RegionTV.info xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.