Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR






Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə karantin rejiminin gücləndirilməsi ilə bağlı kompleks tədbirlər görülməsinin davam etdirilməsi üçün rayon İcra hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargahın növbəti iclası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda yoluxanların nisbətən azaldığını qeyd etmiş, buna baxmayaraq rayonun hüquq-mühafizə orqanlarına, xidmət təşkilatlarına və Operativ Qərargahın nəzdində yaradılmış təbliğat qruplarına ərazilərin dezinfeksiyası işlərinin genişləndirilməsi, təbliğat işlərinin gücləndirilməsi barədə ciddi tapşırıqlar vermişdir.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev təbliğat qrupuna Koronovirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, sosial məsafənin gözlənilməsi, tibbi maskadan və digər ləvazimatlardan istifadə qaydalarına ciddi əməl olunması məqsədilə rayon ərazisində monitorinqlərin daha ciddi davam etdirilməsini tapşırılmışdır.

Bunlarla birlikdə xəstələrin izolyasiyası məsələlərinin daima diqqətdə saxlanılmasına diqqət çəkilmiş, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulmuşdur.

Sakinlərin sosial məsafənin gözlənilməsinin təmin edilməsi, qoruyucu maskalardan və vasitələrdən istifadə etmələrinin hər kəsin həyat tərzinə çevrilməsi üçün təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyatı şəxslərə tapşırıqlar verilmişdir.

Xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin vaxtaşırı, ictimai iaşə obyektlərində, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi işinin davam etdirilməsi tapşırılmışdır.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də