Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının bu yollarında sıxlıq müşahidə edilir - YENİLƏNİB-2

RegionTV.info
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqaməti sıxlıq

2. Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Babək prospekti istiqamətində sıxlıq

3. Gülarə Qədirbəyova küçəsi – Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq Təbriz küçəsi ilə kəsişməyədək sıxlıq

4. Ziya Bünyadov prospekti - Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Ələsgər Qayıbov küçəsi ilə kəsişməyədək Koroğlu metro stansiyası istiqaməti və Çermet körpüsü 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

6. Tbilisi prospekti - Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində və A.Salamzadə küçəsi kəsişmədən başlayaraq şəhər istiqamətində sıxlıq

7. Abbasqulu ağa Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq

8. Heydər Əliyev prospekti - kənar və əsas yol Heydər Əliyev adına mərkəzin yanınadək şəhər istiqamətində sıxlıq

9. Koroğlu Rəhimov küçəsi - F.Xoyski prospekti ilə kəsişmədən başlayaraq Gülarə Qədirbəyova küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

13:27
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən "Report"a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Alı Mustafayev küçəsində - əsas yolda, 20 Yanvar dairəsi istiqamətindən, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

3. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

4. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

5. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, şəhər istiqamətində - kənar yolda, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

6. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

7. Tbilisi prospektinin, 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində və Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

8. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

08:50
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən "Report"a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

Heydər Əliyev prospekti - əsas və kənar yol Bakı Olimpiya Stadionunun yanından 5 saylı ASAN Xidmətin qarşısına qədər olan hissədə sıxlıq;

Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsi istiqaməti sıxlıq;

20 Yanvar dairəsində sıxlıq;

Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək və F.Xoyski prospekti ilə kəsişmədən Təbriz küçəsi ilə kəsişməyədək olan hissədə sıxlıq müşahidə olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də