Abşeronun Novxanı kəndində 20 yaşlı Səfər Niftaliyev dənizdə batıb.
RegionTV.info xəbər verir ki, hadisə iyunun 20-də baş verib.
Hadisədən sonra dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, S.Niftaliyev Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi olub. Əslən Ağsudan olan Səfər, gələn ay hərbi xidmətə yollanmalı idi. Dənizdə batan gənc təhsil aldığı kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini olub.
Xəbəri paylaş