RegionTV.info
İnsan həyatının müəyyən mərhələsində qəfildən ömürdən sanki bir qara zolaq keçir.
Hər şey əldən çıxır., işlər pis gedir, əhval-ruhiyyə də parıldamır. İnsanlar bunun səbəbini axtarır, bu uğursuzluğun nədən baş verdiyini anlamağa çalışırlar. Çavab var! Ola bilər ki, insanlar öz əlləri ilə özlərini neqativ əşyalarla əhatələyirlər. Bu isə istər-istəməz xaosa gətirib çıxarır. Harmoniyanı bərpa etmək üçün bu 10 əşyadan imtina etmək lazımdır:
1. “Ölü“ əşyalar
Söhbət müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvası, hətta balıqqulağı. Əgər siz təbii gülləri sevirsinizsə, onların solmamasına diqqət edin. Balıqqulaqlarının vaxtaşırı təmizlənməsi lazımdır. Bu, pis auranın yaratdığı problemlərdən qaçmaq üçündür.
2. Təbii fəlakətlərin əks olunduğu şəkil və fotolar
Söhbət yalnız böyük fəlakətlərdən getmir. Güclü yağışın, qarın və digər pis hava şəraitinin təsvir olunduğu şəkillər sizdə mənfi emosiyalar yaradır.
3. Tayı olmayan əşyalar
Əgər sizdə eyvanda nə zamansa xoşladığınız, indi tayının olmadığı tək bir xizək və ya krossovka varsa hər şey tamamdır. Onu zibilliyə atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.
4. Dayanmış saatlar
Bu, çox pis əlamətdir. Ona görə də çalışın ki, evinizdəki bütün saatlar işləsin. Yox, əgər onları düzəltmək mümkün deyilsə atın getsin.
5. Qırıq süpürgə
Evinizdə təmizlik apardığınız nə varsa hamısı qaydasında olmalıdır. Əgər sizin süpürgəniz artıq tökülürsə təzəsini almaq lazımdır. Yoxsa maliyyə itkiniz olacaq. Əlamətlər belə deyir.
6. Müsbət emosiyalar yaratmayan fotolar
Sizdə neqativ yaradan nə varsa hamısı evdən atılmalıdır. Bu, olduqca məntiqli qaydadır.
7. Cibdə, pul kisəsində və çantada olan xırda zibil
Necə deyərlər, xırdalıqlardan böyük problemlər yaranır. Əgər evinizdə harmoniyanın hökmranlıq etməsini istəyirsinizsə bütün əşyalarınızı qaydasında saxlamağa çalışın.
8. 3 ildən artıq işlətmədiyiniz bütün əşyalar
Onlar durğunluq enerjisi toplayırlar. Ona görə də sizin ətrafınızda demək olar ki, hər şey dayanır. İstifadə etməyəcəyiniz əşyaları saxlamayın.
9. Sınmış şüşələr
Onlar müdafiədə zədələnməni simvolizə edir. Ona görə də diqqət etmək lazımdır ki, güzgü, qab və digər sınan əşyalar bütöv olsun!
10. Köhnə əşyalar
Əgər siz köhnə geyiminizi ata bilmirsinizsə, onu xeyriyyə məqsədilə kiməsə verin. Geymədiyiniz paltarı saxlamayın.
Xəbəri paylaş