Çin liderlərinin yay tətillərinə ev sahibliyi edən Pekinin Beydayhe kurortunda “Tesla” avtomobilləri ən azı iki ay müddətinə qadağan ediləcək.
RegionTV.info xəbər verir ki, bu barədə “Reuters” yerli mənbələrə istinadən məlumat yayıb.
Qərar təbiəti və tarixi yerləri ilə məşhur olan Beydayhedə Çinin hökumət rəsmilərinin planlaşdırılan iclasından əvvəl verilib.
Məlumata görə, rəsmilər avtomobillərin kameralarının həssas məlumatları toplamasından narahatdırlar.
Agentlik qərarın milli məsələlərlə bağlı olduğunu və qadağanın yaxın günlərdə rəsmən elan olunacağını bildirib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək və ən azı iki ay davam edəcək.
Qeyd edək ki, bu avtomobillərin kameralarından əldə edilən görüntülərin ABŞ-da saxlanması əvvəllər Çində narahatlıq doğurub.
2021-ci ildə Çin hökuməti “Tesla” modellərinin hərbi bölgələrdə və mühüm dövlət binaları yaxınlığında park edilməsini qadağan edib.
Gələn qadağadan sonra İlon Mask Çində yeni məlumat mərkəzi qurub və məlumatların ölkədən kənara çıxmayacağını açıqlayıb.
İqbal Rzayev,
Xəbəri paylaş