Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pikenin xəyanəti bu görüntü ilə üzə çıxıb - FOTO

Bu yaxınlardan “Barselona”nın müdafiəçisi Jerar Pike ilə müğənni Şakiranın ayrılmasına səbəb sosial şəbəkədə yayılan bir foto olub.

RegionTV.info  xəbər verir ki, futbolçu sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin kapüşonunu keçirib.

Lakin isveçli restoran sahibinin azyaşlı oğlu onu dərhal tanıyıb və ulduz futbolçu ilə salamlaşmaq, ondan avtoqraf almaq istəyib. Uşaq bunu anasına, qadın isə Pikeyə çatdırıb, lakin rədd cavabı alıb.

Katrin Zitomerska adlı restoran sahibi həm də tanınmış bloger olduğundan Pikenin gizli sevgilisilə birgə şəklini çəkərək paylaşıb və futbolçunu tənqid edib. O, öz paylaşımında Pikenin sosial şəbəkə səhifəsini də işarələyib. Beləcə, postu Şakira da görüb.

Deyilənlərə görə, cütlük arasındakı qalmaqal da məhz bundan sonra başlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də