"Bu gün büdcədə müəyyən profisit yaranmışdı. Bu isə əsasən neft gəlirlərinin artması ilə əlaqədardır. Hazırda bizim valyuta ehtiyatlarımız 2014-cü ilin valyuta ehtiyatlarını ötüb".
RegionTV.info xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq iqtisadçı Eyyub Kərimli bildirib.
O əlavə edib ki, büdcə gəlirlərinin artması qanun layihəsinə əsasən bir neçə istiqamətdə bölüşdürülməsi nəzərdə tutulub: "Bunlar sosial təminat, konflikt dövrünün quruculuq sahəsi, təhlükəsizlik və sahibkarlığın dəstəklənməsidir.
Eyni zamanda sosial həssas insanların pensiya və müavinətlərinin artması da baş verə bilər".
Xəbəri paylaş