
RegionTV.info xəbər verir ki, mövsüm San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları arasında ilkin mərhələnin yarımfinal matçı ilə başlayıb. İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qarşılaşma Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər yarımfinal oyununda "Estoniya" "Levadiya"sı İslandiya "Vikinqur"u ilə üz-üzə gələcək. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Cütün qalibi finalda "İnter"in rəqibi olacaq. Həlledici oyun iyunun 24-də gerçəkləşəcək.
Qeyd edək ki, ilkin mərhələnin qalibi növbəti raundda İsveç "Malmö”sü ilə qarşılaşacaq.