Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Adama elə gəlirdi ki, Məhəbbət sanki o mahnıyla Laçını da özüylə apardı...” - VİDEO






Xəbər verdiyimiz kimi bu gün daha bir rayonumuz Laçın işğaldan azad edildi. Laçınım deyə-deyə dünyadan köçən Əməkdar artist Məhəbbət Kazımovun arzusu yerinə yetdi. Amma təəssüf ki, o, bu günü görə bilmədi. 

Bəs görən biz onun borcundan çıxa bildikmi?

Yazıçı Seyran Səxavət cavablandırdı. Yazıçı cavabında əlbəttə, Məhəbbət Kazımovun bütün bunları hiss etdiyinə inandığını bildirdi:

“Biz bir xalq, millət olaraq taleyimiz elə gətirib ki, kimlərsə qarşısında həmişə borcumuz olub. Elə Məhəbbət yazıq “Laçınım, Laçınım, Laçınım”-deyə-deyə getdi. Hətta bu bir az söz adamlarına daha çox aiddir və adama elə gəlir ki, Məhəbbət o mahnıyla Laçını da özüylə apardı. Nəsə qəribə hisslərdir. İnsan nə qədər yerinə, yurduna, torpağına bağlı olar, ilahi. Məhəbbət həm də çox hikkəli oxuyan idi. İndiki sənətçilərdə də o hikkə var, amma 99 faizində o hikkənin bəraəti yoxdur. Məhəbbətin hikkəsi də, bəraəti də vardı. Necə ki, el dilində deyilir ki, “dili də, dilçəyi də var idi”. Bu gün onun ruhunun şad olması məsələsinə gəldikdə, bunu sözlə ifadə etmək qeyri-mümkündür. Bunun üçün Məhəbbət olmaq lazımdır ki, nəsə səslə onu ifadə edə bilək. Elə o “Laçınım” mahnısına qulaq assan, bunu başa düşərsən. Məsələn, iki gün öncə o mahnıya qulaq assaydıq, adama başqa cür təsir bağışlayardı, amma amma bu gün ömründə heç vaxt səslənmədiyi kimi səslənir. Halbuki həmin notlardı, səslərdi, mahnıdı. Məhəbbətin ruhu əlbəttə, şaddır. Mən onu yaxından tanıyırdım, görüşlərimiz də olub. O, çox həddən artıq iri adam idi. Bəlkə də noyabrın 10-da sənət imzalananda onun xəbəri oldu ki, Laçın dekabrın 1-də boşaldılacaq. Mən belə şeylərə dəqiq inanıram və inandığıma görə də dilimə gətirirəm”. 

Vasif Əlihüseyn












Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də