RegionTV.info
“Qış Parkı”nın yaxınlığındakı duracaqda avtomobillərin rahat park olunması üçün hər şərait yaradılsa da, bəzi sürücülər avtomobillərini duracağın girişindəki yolda saxlayırlar.
Ərazidə aparılan bir neçə günlük müşahidə onu göstərib ki, girişdə park edənlərin çoxu eyni şəxslərdir və eyni avtomobilləri günün istənilən saatında burada görmək mümkündür.
Çəkiliş zamanı avtomobillərdən birinin sahibi bildirib ki, səhərlər yaxınlıqda avtomobil saxlamağa yer tapmır, yeraltı duracaq isə ödənişlidir. Məhz bu səbəbdən o, avtomobilini burada saxlayır.
Yeraltı duracağın rəhbərliyindən bildirilib ki, məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ediblər.
BNA-nın sözçüsü Mais Ağayev isə bildirib ki, nəzarət tədbirləri çərçivəsində mütəmadi olaraq həmin ərazidə də tədbirlər keçirilir.
“Zərurət yarandığı halda isə avtomobillər oradan təxliyyə olunaraq mühafizə edilən dayanacaqlara aparılır”, - deyə o qeyd edib.
Ətraflı BAKU.TV-nin süjetində:
Xəbəri paylaş