
RegionTV.info xəbər verir ki, bu barədə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qəbul etdiyi yekun qərarda bildirilib.
Qeyd olunub ki, Avroatlantik təhlükəsizlik üçün bu kritik anda Aİ-NATO strateji tərəfdaşlığı həmişəkindən daha möhkəm və aktualdır.
Sənəddə deyilir ki, rəhbər orqanlar və işçi qrupları səviyyəsində siyasi məsləhətləşmələrlə yanaşı, strateji kommunikasiyalar və dezinformasiyaya qarşı mübarizə, tələblərin üst-üstə düşdüyü hallarda müdafiənin planlaşdırılmasının əlaqələndirilməsi, hərbi mobillik məsələləri üzrə dialoq və Ukraynada kadrların qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlıq qurulub.