
RegionTV.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.
