
Goranboy rayonunda polis əməkdaşları 80 sot sahədə aşkarlanan 4 312 ədəd çətənə kolunu məhv ediblər.
Qərb bürosunun məlumatına görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Eyvazlılar kəndində aşkarlanan 1 ton 480 kiloqram çəkidə olan 4 312 ədəd yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş çətənə kollarının məhv edilməsi prosesi mütamadi olaraq davam etdirilir.