
RegionTV.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yaydığı videomüraciətində deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Aİ-nin 27 lideri Brüsseldə görüşəcək: “Bu, mühüm görüş olacaq. Biz həlledici qərar qəbul etməli olacağıq. İnanıram ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivinin tanınmasının zamanıdır. Bu üç ölkənin və xalqın gələcəyi Aİ-nin daxilindədir”.
Qeyd edək ki, iyunun 23-24-də Brüsseldə Aİ-nin sammiti keçiriləcək. Toplantıda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusu verilməsi ilə bağlı yekun qərar qəbul olunacaq. Avropa Komissiyasının iyunun 17-də açıqlanan rəyinə əsasən, Ukrayna və Moldovaya bu statusun verilməsi tövsiyə edilib, Gürcüstana isə məsələ ilə bağlı mənfi rəy verilib.